18.02.2014

Məzunlarla ənənəvi görüş

Fevralın 8-i 160 №-li Klassik Gimnaziyada 1951 - ci ildən etibarən ənənəvi olaraq keçirilən məzunlarla görüş baş tutmuşdur. 
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamışdır. Tədbirdə məzunlarla yanaşı gimnaziyanın müəllimləri və təqaüdçü müəllimlər də iştirak etmişlər.  
Tədbirdə iştirak edən XI sinif şagirdləri müxtəlif divar qəzetləri, səhnəciklər hazırlamış, müxtəlif sinif şagirdləri də hazırladıqları səhnəciklərlə müəllimlər, məzunlar qarşısında çıxış edmişlər. 
        Tədbirin gedişi zamanı isə gimnaziyanın himni və şüarı səslənmişdir. 
Ömrümün ən müdrik çağına yetsəm,
Yetmişi, səksəni, doxsanı keçsəm,
Yaxında, uzaqda – harda dost görsəm,
Vüqarla deyərəm – yüz altmışdanam!
 
(160 №-li Klassik Gimnaziyanın şüarı)