19.02.2014

TQDK və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən zona müşavirəsi keçiriləcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Bakı Şəhəri üzrə Təhsil İdarəsi 19 fevral 2013-cü il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirəsi keçirəcəkdir. Bu müşavirədə Təhsil Nazirliyinin, BŞTİ - nin TQDK-nın və təhsil ictimaiyyəti nümayəndələrinin, ümumi təhsil müəssisələrinin direktorlarının iştirakı nəzərdə tutulub.  Həmçinin, müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarının, ictimai qurumların və Sumqayıt, Abşeron, Şuşa, Zəngilan, Qubadlı Rayon Təhsil Şöbələrindən nümayəndələr iştirak edəcəklər. 
Müşavirədə müvafiq bölgələr üzrə orta məktəb məzunlarının qəbul imtahanlarında göstərdikləri nəticələr geniş müzakirə olunacaqdır.