19.02.2014

Şəxsiyyətin formalaşmasında mütaliənin rolu

       13 fevral 2014-cü ildə Nəsimi rayonu Saleh Poladi adına 159 №-li tam orta məktəbdə ədəbiyyat müəllimlərinin təşəbbüsü ilə “Şəxsiyyətin formalaşmasında mütaliənin rolu” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbirdə müəllimlər, şagirdlər, valideyn komitələrinin sədrləri iştirak etmişdir. Müasir kompüter dövründə mütaliənin nisbətən azalması, onun arxa planda qalması haqqında söhbətlər aparılmış, şagirdlər arasında mütaliənin rolu barədə geniş diskussiyalar edilmişdir. Mütaliənin müasir dövrümüzdə aktuallığından danışılmışdır.