21.02.2014

Ədəbi – bədii gecə

        17 fevral 2014 - cü il tarixində Ə.Vahid adına 293 saylı tam orta məktəbdə qəzəlxan - şair Əliağa Vahidin 120 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirilmişdir. 
18 fevral 2014 - cü tarixində isə 293 saylı məktəbin pedaqoji kollektivi İçəri Şəhərdə yerləşən qəzəlxan - şair Əliağa Vahidin büstünün  yanında  “Vahid” poeziya evinin təşəbbüsü  ilə  şairin 120 illik yubileyini qeyd  etmişlər. Tədbirdə şagirdlər şairin qəzəllərindən ibarət ədəbi bədii kompozisiya ilə çıxış etmişlər.