24.02.2014

108 saylı məktəbdə müsabiqə

          21 fevral - Beynəlxalq Ana Dili Günü ilə bağlı olaraq 108 saylı tam orta məktəbdə şeir müsabiqəsi keçirilmişdir. Müsabiqə zamanı şagirdlər Məmməd Araz, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk və digər görkəmli sənətkarlarımızın yaradıcılıqlarına müraciət edərək onların doğma dilimizə həsr etdikləri şeir nümunələrindən parçalar səsləndirmişlər. Müsabiqədə iştirak edən şagirdlər “Ana dilimizi sevək, sevdirək” devizi altında əl işlərini də təqdim etmişlər. Tədbirdə o cümlədən Beynəlxalq Ana Dili Gününün yaranma tarixindən də bəhs edilib.