25.02.2014

Xocalı soyqırımı XX əsrin faciəsidir

21 Fevral 2014 - cü il tarixində Xəzər rayon Mərdəkan Mədəniyyət Sarayında Fuad Fərhadoğlu adına 230 saylı tam orta məktəb və Xəzər rayon Gənclər İdman İdarəsinin təşkilatçılığı ilə Xocalı soyqırımının iyirmi ikinci ildönümünə həsr olunmuş ədəbi - bədii kompozisiyalardan ibarət tədbir keçirilmişdir.
Tədbir Azərbaycanın müstəqilliyi uğrunda qurban gedən şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Daha sonra Xocalı faciəsini əks etdirən slaydlar nümayiş etdirilmişdir. Tədbirdə şagirdlərin ifasında xalqımızın qan yaddaşında silinməz iz qoyan Xocalı soyqırımına həsr olunan şeirlər səsləndirilmiş və faciəni əks etdirən sənədli filmlərdən parçalar da göstərilmişdir.