25.02.2014

“Haray, Xocalı, haray”

           21 fevral 2014 – cü il tarixində 28 saylı tam orta məktəbdə Xocalı soyqırımının iyirmi ikinci ildönümünə həsr olunan “Haray, Xocalı, haray” adlı tədbir keçirilmişdir. Tədbirdə Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri də iştirak etmişdir.
           Məktəbin dəhlizində Xocalı faciəsinə həsr olunan foto – stendlər hazırlanmış, rəsm sərgisi təşkil edilmişdir.
          Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan olunmuşdur. Tədbirin aparıcısı qonaqları salamladıqdan sonra bir dəqiqəlik sükutla şəhidlərin ruhu yad edilmişdir.
          Tədbirdə çıxış edənlər iyirmi iki il bundan əvvəl erməni terrorçularının Xocalıda törətdikləri vəhşilikləri, bu faciə ilə bağlı öz fikirlərini tədbir iştirakçılarının nəzərinə çatdırmış,  XX əsrin Azərbaycan xalqının həyatına, tarixinə faciələrlə daxil olduğunu bildirmişlər. 
          Tədbir “Oğul əsgər gedir” səhnəciyi ilə başa çatmışdır.