25.02.2014

Məktəblərdə Xocalı qurbanları yad edilir

24 fevral 2014 - cü il tarixində 133 saylı tam orta məktəbdə Xocalı faciəsinin iyirmi ikinci ildönümü ilə əlaqədar “Xocalı harayı” adlı anım tədbiri keçirilmişdir.
 Tədbirdə məktəblilər soyqırımla bağlı, o cümlədən vətənpərvərlik mövzusunda olan səhnəciklər göstərmiş, şeirlər söyləmiş, mahnılar ifa etmişlər. 
Sonda məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət “Xocalı faciəsini unutmayaq” adlı sərgiyə baxış keçirilmişdir.
 
***
  Xalqımızın qan yaddaşında silinməz iz qoyan Xocalı soyqırımının iyirmi ikinci ildönümü ilə bağlı daha bir tədbir 190 saylı məktəbdə keçirilmişdir. Məktəbin direktoru tədbirdə çıxış edərək ağlasığmaz dəhşətləri ilə dünyanı lərzəyə gətirən Xocalı faciəsi ilə bağlı fikirlərini şagirdlərin diqqətinə çatdırmışdır. Tədbirdə Xocalını əks etdirən kadrlar göstərilmiş, şeirlər səsləndirilmişdir. 
 
***
25 fevral 2014 - cü ildə 97 saylı tam orta məktəbdə Xocalı faciəsinə həsr olunmuş ədəbi - bədii  tədbir  keçirilmişdir.  İlkin olaraq məktəbin foyesində  şagirdlərin  əl işlərindən ibarət  sərgi nümayiş edilmişdir. Tədbirlə əlaqədar divar qəzetləri buraxılmış, foto – stendlər hazırlanmışdır. 
Tədbiri məktəbin direktoru açaraq 22 il bundan əvvəl Azərbaycanın gözəl diyarı olan Xocalının sakinlərinə qarşı Sovet ordusunun 366 - cı motoatıcı alayının iştirakı ilə törədilən faciənin dəhşətlərindən, ermənilərin vəhşiliyindən danışmışdır.
Tədbirdə  Xocalı haqqında film və "Şairin düşüncələri" adlı səhnəcik də göstərilmişdir.