27.02.2014

MİLLİ QƏHRƏMANIMIZ YUSİF MİRZƏYEVİN ANIM GÜNÜ

Hər il olduğu kimi bu il də Milli Qəhrəmanımız Yusif Mirzəyevin anım günü adını daşıdığı 44 nömrəli tam orta məktəbin kollektivi və şagirdləri tərəfindən qeyd edilmişdir. İlk olaraq milli qəhrəmanın məktəbin həyətində yerləşən büstü qarşısında tər qərənfillər qoyulmuş, bir dəqiqəlik sükutla yad edilmişdir.   
Tədbir məktəblilərin səhnələşdirdiyi kompozisiyalar, səhnəciklər ilə davam etmiş və şeir parçaları, mahnı nümunələri səsləndirilmişdir. Tədbirdə hərbi vətənpərvərlik ruhunda çıxışlar edilmiş və məhv olmuş ailələr haqqında məlumatlara da geniş yer verilmişdir. 
Sonda məktəbin direktoru tədbirin təşkil olunmasında əməyi keçən hər bir insana öz təşəkkürünü bildirmiş və məktəbin Yusif Mirzəyevin adına layiq olmasında əlindən gələni əsirgəməyəcəyinə söz vermişdir.