04.03.2014

“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslər keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə mart, aprel, may ayları ərzində Azərbaycan dövlətinin qurucusu və memarı, ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi ilə əlaqədar Bakı şəhəri ərazisində fəaliyyət göstərən 475 ümumtəhsil məktəbinin (məcburi köçkün məktəbləri də daxil olmaqla) ümumilikdə 20120 XI sinif şagirdinə 272 dərsin keçirilməsi nəzərdə tutulub. 
Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı müxtəlif mövzuları əhatə edəcək dərslərin tədrisi ilə 220 müəllim məşğul olacaq. Dərslərin tədrisi üçün Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən 26 lektoriya zalı ayrılıb. 
Qeyd edək ki, bu dərslərin təşkilində əsas məqsəd Heydər Əliyevin ölkəmizin dövlət quruculuğu prosesindəki rolunun və xidmətlərinin öyrənilməsi, bütün bunların gənc nəsillərə çatdırılmasıdır.