06.03.2014

“Narkomaniyaya yox deyək!”

Bu günlərdə 31 saylı məktəbdə "Narkomaniya - ağ ölümdür" mövzusunda tədbir keçirilib. Tədbirin əsas məqsədi  əhali, xüsusən yeniyetmə və gənclər arasında narkomanlığın fəsadları haqqında təsəvvürlərin formalaşdırılması, o cümlədən narkotiklərin yayılmasına qarşı aparılan mübarizə yollarının araşdırılmasından ibarət olub.
Tədbirdə narkomanlığın insan orqanizmində yaratdığı psixoloji, fiziki və digər fəsadlardan bəhs edən slayd nümayiş olunub, səhnəciklər göstərilib. Şagirdlər tədbirdə çıxış edərək gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, onlarla narkomanlığın profilaktikası sahəsində görülən maarifləndirmə işlərindən danışıblar. 
Tədbirdə çıxış edənlər narkomaniyaya qarşı mübarizə sahəsində, narkotik vasitələrin yayılmasının qarşısının alınması üçün ciddi tədbirlər görməyə ehtiyac olduğunu deyiblər. Onlar həmçinin bu cür tədbirlərin keçirilməsinin tərbiyəvi əhəmiyyətə malik olduğunu da bildiriblər. 
Tədbirin sonunda şagirdlər “Narkomaniya xəstəlikdir – biz bütün xəstəliklərə yox deyirik!”, “Narkomaniya ağ ölümdür – biz ağ ölümə yox deyirik!”, “Narkomaniya oğurluq, ədəbsizlik, şərəfsizlikdir – biz bütün pis vərdişlərə yox deyirik!”, “Narkomaniya cinayətdir – biz bütün cinayətlərə yox deyirik!” kimi şüarlar söyləyərək havaya şarlar uçurdublar.