06.03.2014

YUNESKO - nun qızıl medal sahibi ilə görüş

Yasamal rayonu 31 nömrəli tam orta məktəbdə martın 4-də görkəmli alim, nanotexnologiyada etdiyi ixtiralara görə YUNESKO - nun qızıl medalına layiq görülmüş Eldar Şahbazovla görüş keçirilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nanotexnologiyalar Departamentinin rəisi, texnika elmləri doktoru professor Eldar Şahbazov şagirdlərə bu sahədə etdiyi ixtiralardan danışmış, ixtiralarının neft və qaz sənayesində spesifik əhəmiyyətini izah etmişdir. 
Eldar Şahbazov Azərbaycan Respublikasında çalışan alimlərin nanotexnologiya sahəsində apardığı elmi-tədqiqat işlərindən geniş söz açmış, müəllim və şagirdlərin  nanotexnologiyalarına aid suallarını cavablandırmışdır.
Sonda Eldar Şahbazov müəllifi olduğu “Neft sənayesində nanotexnologiyalar” adlı kitabını tədbirdə  fəal iştirak edən şagirdlərə və müəllimlərə təqdim etmişdir.