17.03.2014

Şagirdlərin bayram sevinci

Martın16-da Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “AtaBank” ASC-nin birgə təşkilatçılığı  ilə Yasamal, Nərimanov, Nizami rayonları üzrə V, VI və VII sinif şagirdlərinin iştirak ilə Novruz şənliyi keçirilmişdir. Bayram şənliyinə Bakı şəhəri üzrə məktəblilərin fənn olimpiadalarının şəhər mərhələsininqalibləri də dəvət olunmuşdur.

Şənlik BŞTİ-nin Ümumi təhsil sektorunun əməkdaşı Firudin Abbasov və Ata bankın səlahiyyətli nümayəndəsi Xəyyam Süleymanovtədbirdə iştirak edən uşaqları Novruz bayramı münasibətilə təbrik etməsilə açıq elan edilmişdir.

İlkin olaraq tədbirdə iştirak edən uşaqlara Novruz ziyafəti verilmiş, müxtəlif oyun və rəqslər ifa edilmişdir. Bayram şənliyi uşaqları əyləndirmək üçün məclisə gələn Novruzun simvolları kosa və keçəl, nağıl qəhrəmanları, sehirbaz və klounların iştirakı ilə təşkil edilmiş şou-proqramla davam etmişdir. Şənlikdə uşaqlar arasında müxtəlif yarışmalar  keçirilərək tədbirə rəngarənglik qatılmışdır. Şənliyin sonunda uşaqlara bayram sovqatı və müxtəlif hədiyyələr verilmişdir.