17.03.2014

“Milli - mənəvi tariximizə baxış” adlı bilik müsabiqəsinə start verildi

Martın 15-də  Bakı şəhəri 7 saylı məktəbdə “Milli - mənəvi tariximizə baxış” adlı bilik müsabiqəsinin Səbail və Yasamal rayonları üzrə  birinci turu keçirilmişdir. Müsabiqə nəticəsində iki rayondan ən yüksək bal toplayan 12 şagird yekun tura vəsiqə qazanacaq.

Müsabiqənin məqsədi məktəb şagirdləri arasında Azərbaycanın tarix və mədəniyyətinə, mənəvi dəyərlərinə marağın artırılmasıdır.

Qeyd edək ki, müsabiqə Azərbaycan Respublikası Təhsil Nazirliyi,  Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzi, Dini Araşdırmalar Mərkəzi, Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə Səbail, Yasamal, Nəsimi və Nizami rayonları arasında keçirilir.

Aprel ayinda Nəsimi və Nizami rayonları üzrə müsabiqənin birinci turu baş tutacaqdır. Yekun tur isə may ayında 24 qalib şagird arasında keçiriləcəkdir. 3 ən yüksək bal toplayan şagird qiymətli hədiyyələrlə təltif olunacaqdır.

Gələcək illərdə müsabiqənin daha geniş formada keçirilməsi nəzərdə tutulur.