18.03.2014

Həkimlərlə görüş keçirildi

Martın 11 - də 31 nömrəli tam orta məktəbdə məktəbin pedaqoji kollektivi və şagirdləri ilə Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri Səmədov Elşən, Həsənquliyev Sübhan, Zamanova Xanım, Muradova Jalə arasında görüş keçirilmişdir. Həkimlər şagirdlərə "Qəfləti ölüm", "Qıcolmalar", "Qanaxmalar", “Dəm qazı ilə zəhərlənmələr zamanı ilk tibbi yardım" haqqında məlumat vermişlər.

Görüşün əsas məqsədi ilk yardım mövzusunda şagirdləri maarifləndirmək  olub. Həkimlər həmçinin bəzi hallarda təcili yardım işçilərinə kömək etmələrinin vacibliyini vurğulamışlar. Sonda həkimlər mulyaj üzərində ürək - ağ ciyər reanimasion tədbirlərini canlı şəkildə nümayiş etdirmişlər.