18.03.2014

“Dünyadan xəbərsiz məkandan dünyaya əl etmək istədi”

111 saylı məktəb “Biz uşaqları qorumalıyıq” başlığı altında çağırış aksiyası keçirib. Aksiyanın keçirilməsində əsas məqsəd şagirdlərdə xeyirxahlıq, yardımlaşma kimi insani duyğuları daha da inkişaf etdirmək və ailə nəvazişindən kənarda qalmış uşaqlara diqqəti artırmaqdır. Aksiya zamanı şagirdlər uşaq evlərindəki körpələrin taleyini senariləşdirib tədbir iştirakçılarının diqqətinə çatdırmağa çalışıblar.Bu uşaqları “Günahsız günahlılar” adlandıran təşkilatçılar məktəb kollektivini və aksiya iştirakçılarını birlik olub uşaq evlərinə, valideyin himayəsindən məhrum olmuş uşaqlara baş çəkməyə səsləyiblər.

Aksiyadan sonra 14 mart 2014 – cü il tarixində 111 saylı məktəbin kollektivi Abşeron rayonu Saray qəsəbəsində yerləşən 7 saylı internat evində olub. Bayram sovqatı ilə uşaqlara baş çəkən 111 saylı məktəbin kollektivi bir neçə saatlıq olsa da onlara xoş əhval – ruhiyyə bəxş ediblər.Görüşdən sevincləri yerə göyə sığmayan uşaqlardan biri isə “Mən burdan əl sallayım sən məni hamıya göstər dedi”.

111 saylı məktəbin kollektivi hər il öz xeyirxah məqsədini internat məktəblərində keçirdiyi görüşlərlə davam etdirərək bu ziyarətləri ənənə halına gətirməyə və hər kəsi bu uşaqları sevindirməyə çağırır.