31.03.2014

Soyqırım qurbanları anılıb

Bu gün 28 saylı orta məktəbdə 31 mart Azərbaycanlıların Soyqırımı Günü qeyd edilib. İlkin olaraq soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə məktəbin tarix müəllimi Yeganə Ağayeva açaraq  Azərbaycan xalqına qarşı yüz illər boyu davam edən soyqırım və təcavüz siyasətinin məqsədi, mahiyyəti və tarixi kökləri barədə ətraflı məlumat verib. Bildirib ki, 1918 - ci ildə ermənilər Bakı quberniyasının Bakı, Şamaxı, Quba şəhəri, Göyçay qəzasında, Qarabağda, Zəngəzurda, İrəvanda və Naxçıvanda azərbaycanlılara qarşı talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçiriblər. Ümummilli lider Heydər Əliyevin  26 mart  1998 - ci il tarixli sərəncamı ilə  31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.

Tədbirin sonunda 31 mart Azərbaycanlıların soyqırımı ilə bağlı sənədli film nümayiş olunub.