03.04.2014

“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda seminarlar davam edir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə Azərbaycan dövlətinin qurucusu və memarı, ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi ilə əlaqədar Bakı şəhəri ərazisində fəaliyyət göstərən ümumtəhsil məktəblərində (məcburi köçkün məktəbləri də daxil olmaqla) dərslərin keçirilməsi davam edir.

2 aprel 2014 – cü il tarixində 276 saylı məktəbin akt zalında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi ərəfəsində “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda orta ümumtəhsil məktəblərinin şagirdləri üçün seminar keçirilib.

Giriş sözü ilə çıxış edən BŞTİ – nin Metodmərkəzinin Nəsimi Binəqədi bölməsinin metodisti Zabit Yunusov bildirib ki, bu seminarların təşkilində əsas məqsəd ulu öndər Heydər Əliyevin ölkəmizin dövlət quruculuğu prosesindəki rolunun və xidmətlərinin öyrənilməsi, bütün bunların gənc nəsillərə çatdırılmasıdır.

Seminarda məruzə ilə çıxış edən 244 saylı məktəbin tarix müəllimi Tahir Abbaszadə isə Azərbaycanın tarixi inkişaf prosesinə təkan verən dahi lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurucusu kimi hər bir azərbaycanlının taleyində müstəsna rol oynadığını bildirib. “Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğunun həyata keçirilməsi” mövzusunda danışan məruzəçi ümummilli liderin zəngin irsinin dərindən və hərtərəfli öyrənilməsinin böyük əhəmiyyətə malik olduğunu deyib.

Qeyd edək ki, seminarda Binəqədi rayonunun 276, 3, 99 və 103 saylı orta məktəblərininXI sinif şagirdləri, ümumilikdə 308 nəfər iştirak edib.