04.04.2014

“Fövqəladə hallar uşaqların gözü ilə”

Hər il olduğu kimi bu il də Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə “Fövqəladə hallar uşaqların gözü ilə” uşaq – yaradıcılıq müsabiqəsi keçirilir. Müsabiqənin keçirilməsində əsas məqsəd uşaqlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşdırılması, ictimaiyyətin diqqətinin fövqəladə hal probleminə cəlb edilməsi, yetişməkdə olan gənc nəslin vətənpərvər ruhda tərbiyə edilməsi, eləcə də istedadlı uşaqların üzə çıxarılmasıdır.

Müsabiqə I - XI sinif şagirdləri arasında rəsm, plakat, əl işi, yanğın və qəza - xilasetmə texnikasının modeli, yumşaq oyuncaq, şeir nominasiyaları üzrə  keçirilir. Müsabiqənin əsasnaməsinin tələblərinə uyğun olaraq hər nominasiya üzrə ən yaxşı işlər seçilərək şəhər turuna,  sonra isə respublika turuna təqdim ediləcəkdir. Müsabiqənin qalibləri Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri ilə birgə yaradılmış münsiflər heyəti tərəfindən seçiləcəkdir. Sonda qaliblərə Təhsil və Fövqəladə Hallar nazirlikləri tərəfindən diplomlar və qiymətli hədiyyələr təqdim ediləcəkdir.