04.04.2014

Bakı Şəhəri üzrə Təhsil İdarəsində dəyirmi masa keçirilmişdir

Bakı Şəhəri üzrə Təhsil İdarəsində pedaqoji (istehsalat) təcrübənin təkmilləşdirilməsi mövzusunda ali təhsil müəssisələri və BŞTİ-nin nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilmişdir.
Giriş sözü ilə çıxış edən BŞTİ-nin müdir müavini, professor Hüseyn Əsgərov tədbirin məqsədinin ümumtəhsil məktəblərində aparılan pedaqoji təcrübələrin keyfiyyətinin daha da yaxşılaşdırılması üçün tövsiyə və təkliflərin müzakirəsi olduğunu bildirmişdir. BDU-nun, AMİ-nin, ADPU-nun, ADU-nun, Azərbaycan Universitetinin elmi işçiləri yeni təkliflərlə çıxış etdilər. Görüşdə baza məktəblərinin yaradılması, təcrübəçi tələbələrin qiymətləndirilməsinə ümumtəhsil məktəblərinin cəlb edilməsi, praktik psixoloqların bu yönümlü fəaliyyətinin artırılması ilə bağlı təkliflər marağa səbəb oldu. 
Sonda bu cür təşəbbüsün təqdirəlayiq hal olduğu, bu kimi görüşlərin mütəmadi keçirilməsinin lüzumluluğu qeyd edilmişdir.