04.04.2014

Bütün dünyanın keçirdiyi “Şekspir kampaniyası”na Azərbaycan məktəbləri də qoşulur

Bu il bütün dünyada Uilyam Şekspirin 450 illiyi qeyd edilir. Bununla bağlı  “British Council” - un Azərbaycan ofisi ölkəmizdə dahi dramaturqun doğum günü münasibəti ilə “Şekspir kampaniyası” keçirir. Bu kampaniyaya müəllimlər, tələbələr, rəssamlar, aktyorlar və bütün Şekspir sevərlər qoşula bilərlər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi ilə Bakı məktəbləri də “Şekspir kampaniyası”nda iştirak edir.

Bununla bağlı  bu gün 276 saylı orta məktəbdə Bakı şəhərinin məktəblərinin ingilis dili müəllimləri üçün kampaniyanın təqdimatı keçirilmişdir. Kampaniya çərçivəsində müəllimlərin Şekspir və onun ailəsi haqqında dərs keçməsi və şagirdlərin video müsabiqədə iştirakı nəzərdə tutulmuşdur. Video müsabiqədə iştiak etmək istəyən şagirdlər Şekspirin istənilən əsərindən monoloq söyləməli və bu monoloqun videosunu “British Council” - a göndərməlidirlər.