07.04.2014

Futbolçu qızların yeni uğurları

Bəlkə də bəziləri hələdə düşünür qadın hara idman hara... Bunu da qadının zəif olduğunu düşündükləri üçün belə hesab edirlər. Amma çox böyük səhvə yol verirlər. Qadın zərifdir amma zəif deyil. Qadın mərdliyi, iradəsi, şücaəti ilə heç də kişilərdən geri qalmır.

“Azərbaycan Respublikasında Futbolun inkişafına dair Dövlət Proqramının (2005 – 2015 - ci illər)” tələblərinə uyğun olaraq ümumtəhsil məktəblərində olduğu kimi Bakı şəhərinin idman məktəblərində də çox mühüm işlər həyata keçirilir. Çox maraqlıdır ki, artıq futbol nəinki oğlanlar arasında hətta qızlar arasında da geniş yayılıb. Bunun nəticəsidir ki, Bakı şəhərinin tabeçiliyində olan 9 №- li Uşaq - Gənclər İdman Məktəbində qızlardan ibarət futbol komandası yaradılıb.

Qızlar ilk qələbəsini 2009 – cu ildə keçirilən 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunan respublika turunda əldə ediblər. Bundan sonra 9 № - li UGİM – in qızlardan ibarət komandası 5 ildir ki, ardıcıl olaraq respublika birinciliyinin qalibi olublar. Bu da AFFA - nın qızlardan ibarət komandasının baş məşqçisi Sissi Raytın nəzərindən qaçmayıb. Nəticədə idman məktəbinin 8 futbolçusu Azərbaycan yığma komandasının heyətinə daxil edilərək22 sentyabr – 13 oktyabr2012 - ci il tarixlərində ölkəmizdə baş tutan FİFA U-17 Qadınlararası Dünya Çempionatında iştirak edib.

Qeyd edək ki, 9 № - li UGİM – in qızlardan ibarət futbol komandası 2014 – cü ildə Gürcüstanın Tbilisi şəhərində keçirilən beynəlxalq futbol turnirində də uğurla iştirak edib. İki yarımqrupda keçirilən turnirdə 9 № - li UGİM – in komandası finaladək 3 oyuna qoşulub. İki oyunu qələbə, bir oyunu isə heç – heçə sonlandıraraq finala vəsiqə qazanıb. Finalda isə 9 № - li UGİM – in qızlardan ibarət futbol komandası 4:2 hesabı ilə məğlub olaraq II yerə layiq görülüb.