07.04.2014

“Fövqəladə hallar zamanı nə etməli” mövzusunda nəzəri - praktik tədbirlər davam edir

FHN Bakı Regional Mərkəzi (BRM) paytaxt məktəblərində silsilə maarifləndirmə tədbirlərini davam etdirir.  Aprel ayının 4 - də 29 saylı tam orta məktəbdə “Fövqəladə hallarda özünü necə aparmalı?” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Bakı Regional Mərkəzinin, FHN Dövlət Yanğından Mühafizə, FHN Dövlət Yanğın Nəzarəti, FHN Dövlət Sularda Xilasetmə, FHN Xüsusi Riskli Xilasetmə və Bakı şəhər Təcili təxirəsalınmaz tibbi yardım stansiyasınınəməkdaşları iştirak etmiş, xüsusi xilasetmə alət və avadanlıqları nümayiş etdirilmişdir.

Tədbir nəzəri və praktik olmaqla iki hissədən ibarət olmuşdur.

Nəzəri hissə çərçivəsində Bakı Regional Mərkəzinin əməkdaşları məktəbin şagirdləri ilə birgə “Fövqəladə halların təsnifatı”, “Kollektiv mühafizə qurğuları”, “Təbiifövqəladə hallar zamanı nə etməli?”, “Yanğın - partlayış və nəqliyyat qəzası zamanı nə etməli?”, “Radiasiya, kimya və bioloji xarakterli fövqəladə hallar zamanı nə etməli?”, “Terror xarakterli fövqəladə hallar zamanı nə etməli?” mövzularında çıxışlar etmişlər. Çıxışlar zamanı tədbir iştirakçılarına fövqəladə hallar, onların təsnifatı, xüsusiyyətləri, fövqəladə hal baş verdikdə insanların davranışı, məişətdə qaz cihazlarından istifadə zamanı və ətrafa civə dağıldıqda təhlükəsizliyin təmin edilməsi  və digər mövzularla bağlı ətraflı məlumat verilmişdir.

Çıxışlardan sonra məktəbin müəllim və şagird heyətinə Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və struktur qurumları, eləcə də dəm qazı zəhərlənmələri ilə mübarizə barədə video - çarxlar nümayiş etdirilmişdir.

Tədbir zəlzələ mövzusunda şagirdlərin hazırladıqları səhnəciklə davam etmişdir. Bu zaman şərti xəbərdarlıq siqnalı ilə məktəbdə “Zəlzələ həyəcanı” elan edilmişdir. Bu səhnəcikdə düzgün mövqe tutma, şagirdlərin təxliyəsi və ilkin tibbi yardımın göstərilməsi öz əksini tapmışdır.

Praktik hissə zamanı məktəbin həyətində əvvəlcədən müəyyən edilmiş təlim nöqtələri üzrə Bakı Regional Mərkəzininin xilasediciləri tərəfindən “Sprinter” (Mercedes BENZ) markalı Xüsusi təyinatlı avtomobil və onun təchiz olunduğu spesifik alət və avadanlıqlar, FHN Dövlət Sularda Xilasetmə Xidmətinin xüsusi olaraq əraziyə gətirilmiş akvalanq, xilasetmə və üzmə vasitələri, FHN Xüsusi Riskli Xilasetmə Xidmətininxüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatlarında istifadə olunan texnika və avadanlıqlar, xüsusi kinologiya avtomobili, eləcə də Bakı şəhər Təcili təxirəsalınmaz tibbi yardım stansiyasınınəməkdaşları tərəfindən maneken-mulyaj üzərində yaralılara ilkin tibbi yardımın həyata keçirilmə yolları, sınıqlar və  qanaxmalar zamanı iş üsulları tədbir iştirakçılarına nümayiş olunmuşdur.

Bundan əlavə, məktəbin həyətində qoyulması simulyasiya edilmiş partlayıcı qurğuXRXX-nin Kinoloji idarəsinin xüsusi təlim keçmiş iti tərəfindən tapılmış və pirotexnik tərəfindən zərərsizləşdirilmişdir.

Tədbir FHN Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının məktəbin həyətində Yanğınsöndürmə texnika və vasitələrinin təyinatı və ondan istifadə qaydalarıbarədə təqdimatı və şərti yanğının söndürülməsi əməliyyatı ilə başa çatmışdır.