11.04.2014

Əlaçılara “Park Cinema”dan hədiyyə

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Park Cinema” kinoteatrlar şəbəkəsi arasında uşaq və yeniyetmələrin istirahətlərinin, asudə vaxtlarının səmərəli təşkilini təmin etmək məqsədi ilə əməkdaşlıq başlamışdır.

Belə ki, 14 aprel tarixindən mayın 2-nə qədər Nərimanov rayonu üzrə ümumtəhsil məktəblərinin əlaçı şagirdləri “Park Cinema” kinoteatrlar şəbəkəsinin “Metropark” alış - veriş mərkəzində yerləşən kinoteatrında göstərilən film və animasiyaları təmənnasız izləyə biləcəklər.

Ancaq şagirdlər üçün nəzərdə tutulan film və animasiyaların həftənin 5 günü 2 seans olaraq göstərilməsi nəzərdə tutulub. I seans saat 15:00, II seans isə saat 17:00 – da baş tutacaqdır.

Layihənin əsas məqsədi Azərbaycan mədəniyyətinin inkişafı üçün uşaq və yeniyetmələr arasında kino və teatrlara getmək mədəniyyətini formalaşdırmaq və təhsildə fərqlənən şagirdləri stimullaşdırmaqdır.

Qeyd edək ki, Nərimanov rayonu üzrə 2013 - 2014 - cü tədris ilinin birinci yarımili üçün 2828 şagird əlaçı olmuşdur.