15.04.2014

Qalibiyyət davam edir

Bakı şəhəri 9 № - li Uşaq - Gənclər İdman Məktəbində (UGİM) 6 idman bölməsi - cüdo, sambo, sərbəst güləş, yunan – roma güləşi, futbol və basketbol bölmələri fəaliyyət göstərir. Sözügedən UGİM – in yetirmələrinin nailiyyətləri günbəgün artmaqdadır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 1 - 6 mart 2014 - cü il tarixində Mingəçevir şəhərində Məktəblilərin IX Respublika oyunlarının zona birinciliyi keçirilmişdir. Yarışda 9 № - li UGİM – in 1998 – 1999 - cu il təvvəlüdlü oğlanlardan ibarət komandası basketbol idman növü üzrə bütün rəqiblərinə qalib gələrək zonanın qalibi olmuşlar.

Məktəblilərin IX Respublika oyunlarının final mərhələsi 6 - 11 aprel 2014 - cü ildə İsmayıllıda keçirilmişdir. 8 komandanın mübarizə apardığı bu yarışda 9 № - li UGİM - in basketbolçuları bütün rəqiblərinə qalib gələrək I yerin qalibi adını qazanmışlar. Onu da qeyd edək ki, artıq 3 - cü ildir ki, 9 № - li UGİM bu yaş qrupunda (1998 - 1999) Respublikanın idman oyunlarının qalibidir.