15.04.2014

Gimnaziyada görüş

11 aprel 2014 - cü il tarixində Bakı şəhəri Səbail rayonu 160 nömrəli Klassik Gimnaziyada Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin beynəlxalq əlaqələr şöbəsinin rəis müavini Vixrova Larisa Nikolayevna ilə X - XI sinif şagirdləri arasında görüş keçirilmişdir.

Görüş zamanı rəis müavini universitet barədə ətraflı məlumat vermiş və şagirdlərin çoxsaylı suallarını cavablandırmışdır. Tədbirdə həmçinin Moskva Dövlət Tibb Universiteti barədə film də  nümayiş olunmuşdur.

160 nömrəli Klassik Gimnaziyada təşkil olunan görüşdə Azərbaycandakı Rusiya Səfirliyinin birinci katibi Zaripov Ravil Borisoviç də iştirak etmişdir. Qonaqlar gimnaziyanın fəaliyyəti ilə yaxından tanış olmuşlar və sonda Fəxri qonaqlar kitabında öz ürək sözlərini, gimnaziya barədə təssüratlarını yazmışlar.