17.04.2014

Film seansları davam edir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Park Cinema” kinoteatrlar şəbəkəsi arasında uşaq və yeniyetmələrin istirahətini təmin etmək məqsədilə təşkil olunmuş film seansları davam edir. Şagirdlər üçün nəzərdə tutulan film və animasiyalar həftənin 5 günü,  15:00 və 17:00 seanslarında göstərilir.

Hal - hazırda Nərimanov rayonu üzrə baş tutan seanslar uşaqlar tərəfindən böyük maraqla qarşılanır. Şagirdlərin marağını nəzərə alaraq film seanslarının silsilə halına gətirilməsi və aprel ayının 21 - dən etibarən Yasamal rayonunda yerləşən ümumtəhsil məktəblərinin əlaçı şagirdlərinə (3875 nəfər)  də aid edilməsi nəzərdə tutulmuşdur.