30.04.2014

Qalib cüdoçular

Şağan Olimpiya İdman Kompleksində iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general - mayoru  Həzi Aslanovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında cüdo üzrə ənənəvi XXXVII Beynəlxalq Bakı turniri keçirilmişdir.

Turnirdə 11 ölkənin 17 şəhərini təmsil edən 400 nəfərə yaxın idmançı (Azərbaycan, Türkiyə, İran, Rusiya, Gürcüstan Qazaxıstan, Türkmənistan, Özbəkistan, Çexiya, Slovakiya, İtaliya) mübarizə aparmışdır. 30 - dan çox  beynəlxalq dərəcəli yerli və xarici hakimlərin idarə etdiyi yarışlar 18 çəki dərəcəsində oğlanlar və qızlar arasında baş tutmuşdur. Nəticələrə görə, Bakı şəhəri 9 № - li Uşaq Gənclər İdman Məktəbinin (UGİM) yetirmələrindən Nahid Amanov oğlanlar arasında 73 kq çəki dərəcəsində, Afət Mustafayeva isə qızlar arasında 52 kq çəki dərəcəsində I yerin qalibi adını qazanmışlar.

Ümumi komanda hesabında Azərbaycan I, Gürcüstan II, Rusiya III yeri tutmuşdur. Sonda qaliblərə medal, diplom və qiymətli hədiyyələr təqdim edilmişdir.