06.05.2014

“Çarə Sizsiniz” kitabının təqdimat mərasimi keçirilib

Bakı şəhəri Binəqədi rayonu Rüstəm Əliyev adına 3 saylı tam orta məktəbdə gənc yazar Seymur Əsgərlinin “Çarə Sizsiniz” kitabının təqdimat mərasimi keçirilmişdir. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Hüseyn Əsgərov, BŞTİ – nin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Arzu Tairquliyeva, BŞTİ – nin Ümumi təhsil sektorunun əməkdaşı Tural Mirzəliyev, məktəb direktorları, Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri və şagirdlər iştirak etmişlər.

Görüşün əsas məqsədi gənc nəslin təlim – tərbiyəsində özünəinam, öz üzərində işləmək bacarıqlarının formalaşdırılması, mütaliə və təhsilə maraq yaratmaq olmuşdur.

Tədbirdə gənc yazar Seymur Əsgərli  X - XI sinif şagirdlərinin maraqlı suallarını cavablandırmışdır. Sonda müəllif tədbir iştirakçılarına minnətdarlıq bildirərək maraqlı suallar verən şagirdlərə hədiyyələr təqdim etmişdir.