08.05.2014

Nağıllar aləminə musiqili səyahət

Mayın 1-də Nəsimi  rayonu 111 saylı tam orta məktəbdə "Nağıllar aləminə musiqili səyahət" mövzusunda tamaşa təqdim olunmuşdur.

Tədbirdə şagirdlər nağıl qəhrəmanlarının dili ilə musiqilər səsləndirmiş, öncədən böyük həvəslə hazırladıqları səhnəcikləri tədbir iştirakçılarına təqdim etmişlər.

Məktəbin VI sinif şagirdlərinin musiqi müəllimləri Səidə Kərimova  ilə birgə hazırladıqları tədbir maraqlı səhnəciklərlə yadda qalmış,  müəllim və şagird kollektivinin marağına səbəb olmuşdur.