08.05.2014

“Səma” rəqs qrupu Türkiyədə

Hər il olduğu kimi bu il də Bakı şəhəri 24 № - li Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin “Səma” rəqs qrupu Türkiyə Cümhuriyyətində təşkil edilən 23 Nisan – Çocuk festivallarında uğurla iştirak etmişlər. İzmir və İstanbul şəhərlərində təşkil edilən bu festivallara Rusiya, Ukrayna, İndoneziya, Şimali – Kipr, Malayziya, Qazaxıstan və digər ölkələrdən də rəqs qrupları qatılmışlar.

Festivala qatılan qruplar, eləcə də “Səma” rəqs qrupu müxtəlif tədbirlər çərçivəsində təmsil etdikləri xalqların mədəniyyəti və adətlərini nümayiş etdirmiş, tarixlərini və milli - mənəvi dəyərlərini öz həmyaşıdları ilə bölüşmüşlər.

Festival zamanı “Səma” rəqs qrupunun üzvləri İzmir və İstanbul şəhərlərinin icra başçıları, məmurlar, bələdiyyə sədrləri, təhsil şöbəsinin müdirləri ilə görüşlərdə də olmuşlar. Qardaşlıq və dostluq münasibətlərinin bundan sonra da Azərbaycan və Türkiyə arasında davam edəcəyi bildirilən görüşlərdən sonra rəqs qrupunun üzvlərinə hədiyyələr verilmiş, xatirə şəkilləri çəkilmişdir.