08.05.2014

Şuşa həsrəti

8 may 2014 - cü ildə R.Nəsrəddinov adına 39 saylı orta məktəbdə Azərbaycanın gözəl diyarı olan Şuşanın işğal olunmasının 22 - ci ildönümünə həsr olunan tədbir keçirilib. Tədbirdə ilkin olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqlik sükutla yad olunub, Azərbaycanın dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edənlər füsunkar təbiəti, saf suyu, təmiz havası ilə seçilən Şuşanın ermənilər tərəfindən işğal olunmasından, xalqımızın başına gətirilən müsibətlərdən danışıblar. Həmçinin qeyd edilib ki, prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində işğal altında olan torpaqalarımız qısa müddətdə azad ediləcəkdir.

Tədbirdə şagirdlər tərəfindən dahi Üzeyir Hacıbəyovun, Xurşidbanu Natəvanın əsərlərindən səhnəciklər göstərilmiş, Şuşaya həsr olunmuş şeirlər söylənilmişdir. Sonda Azərbaycanın üçrəngli bayrağı səhnəyə gətirilmiş və zirvəyə qaldırılmışdır.