08.05.2014

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi “Təbiət inciləri” adlı foto – sərgi təşkil edir

Sərgi 5 İyun “Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü” münasibətilə məktəblilər arasında olacaqdır. Foto – sərgidə peşəkarlardan ibarət münsiflər heyəti tərəfindən seçilmiş işlər nümayiş olunacaq.

 

Mövzular

 

Foto – sərgiyə aşağıdakı mövzularda işlər təqdim edilə bilər:

 

* Azərbaycanın təbiət abidələri;

* Azərbaycanın təbiət mənzərələri;

* İnsan və təbiət;

* Bədii fotoqrafiya.

 

Şərtlər

·        Təqdim olunan işlərin müəllifi haqqında qısa məlumat olmalıdır;

·        Fotonun çəkildiyi yer qeyd olunmalıdır;

·        Təsvir olunan obyekt haqqında qısa məlumat verilməlidir;

·        Sərgiyə təqdim olunan işin həm elektron, həm də çap olunmuş variantı İctimai Birliyə təqdim olunmalıdır;

·        Fotoların ölçüsü qısa tərəf 210 mm,  uzunluğu isə sizin fantaziyanıza müvafiq görülə bilər, keyfiyyəti isə 300 dpi olmalıdır;

·        Foto-sərgidə iştirak etmək istəyənlər işlərini 1 – 20 may 2014 – cü il tarixlərində İctimai Birliyə təqdim etməlidirlər;

·        İştirakçı blankı doldurulub İctimai Birliyə verilməlidir.

 

/medicine/uploads/files/miras.docx

Ünvan

 

Bakı şəhəri, Əhməd Cavad küçəsi, 15, City Center, III mərtəbə, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi.

 

Əlaqə telefonu:012 – 408 – 92 – 25

Email:miraspresscenter@gmail.com