12.05.2014

“Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib

Bu günlərdə 18 saylı məktəbdə təhsil naziri Mikayıl Cabbarovun imzaladığı əmrə müvafiq olaraq ulu öndər Heydər Əliyevin 91 – ci ildönümünə həsr olunan “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin Tərbiyə işləri üzrə İdarəsinin baş mütəxəssisi Elnur Əlizadə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məmmədəli Kəsəmənli, Azərbaycan İntellektual Klublar Assosiasiyasının layihə koordinatoru Aleksey Ulanov və digər qonaqlar iştirak edib.

İlkin olaraq tədbiri 18 saylı məktəbin direktoru Vaqif Hüseynli giriş sözü ilə açıq elan edib. Tədbirdə çıxış edənlər ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının tarixindəki misilsiz xidmətlərindən və təhsilə göstərdiyi diqqətindən söz açaraq oyunda iştirak edən komandalara uğurlar arzulayıblar.

Qeyd edək ki, oyunda 45 komanda iştirak edib. Münsiflər heyətinin yekun qərarına əsasən, Fizika – Riyaziyyat təmayüllü liseyin komandası I yerin qalibi adını qazanıb. Qalib komanda “Nə? Harada? Nə zaman?” intellektual oyununun respublika mərhələsində iştirak etmək hüququ qazanıb.