13.05.2014

İdmançıların qalibiyyəti

Bu günlərdə Hövsan Olimpiya İdman Mərkəzində ümummilli lider Heydər Əliyevin 91 – ci ildönümünə həsr olunan beynəlxalq turnir keçirilib. Turnirdə 5 ölkənin - Türkiyə, Gürcüstan, İran, Ərəbistan və Azərbaycanın idmançıları birincilik uğrunda mübarizə aparıb. Ümumilikdə turnirdə 11 çəki dərəcəsi üzrə 120 idmançı iştirak edib.

Qeyd edək ki, beynəlxalq turnirdə 204 saylı məktəbin şagirdlərindən Samir Xəlilov 55 kq, Xəyalə Mustafayeva 45 kq, Samir Avidinov 60 kq, Mahir Məmmədov 65+ kq çəki dərəcələrində I, Seymur Xəlilov 45 kq, Orxan Məmmədov 60 kq çəki dərəcələrində III yerin qalibi olublar. Bundan başaqa, 171 saylı məktəbin şagirdi Nərgiz Məmmədova 50 kq, 264 saylı məktəbin şagirdi Davidov Marat 45 kq çəki dərəcələrində I yeri qazanıblar. Komanda hesabında isə Azərbaycanın yığma komandası birincilik qazanıb.

Nəzərinizə çatdıraq ki, bu uğurun qazanılmasında məşqçi müəllim,  204 saylı məktəbin fiziki – tərbiyə müəllimi Mayıl Abdullayevin böyük rolu var.