14.05.2014

MÜƏLLİMLƏRİN SINAQ QİYMƏTLƏNDİRİLMƏSİNƏ HAZIRLIQLAR BAŞLAYIB

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən iyun ayında keçirilməsi nəzərdə tutulan paytaxtın ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsi ilə bağlı hazırlıqlara artıq başlanılıb. Bu məqsədlə, bugün Bakı şəhərinin ümumtəhsil müəssisələrinin direktorları ilə görüş keçirilmişdir. Görüş zamanı məktəb direktorları Sınaq Qiymətləndirilməsinin əsas məqsəd və mahiyyəti barədə məlumatlandırılmış və sualları cavablandırılmışdır. Bununla yanaşı paytaxtın 12 rayonu üzrə ümumtəhsil müəssisələrində dərs deyən müəllimlərlə də yerlərdə görüşlərin keçirilməsinə və onların da Sınaq Qiymətləndirilməsi barədə məlumatlandırılmasına başlanacaqdır.

 Nəzərinizə çatdıraq ki, Sınaq Qiymətləndirilməsi diaqnostik tədqiqat xarakteri daşıyır və müəllimlərin attestasiyasına hazırlıq məqsədilə keçirilir.