16.05.2014

Müəllimlərlə görüş olacaq

Sabah 160 saylı Klassik Gimnaziyada saat 15:00 – da müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi ilə bağlı görüş keçiriləcəkdir. Görüşdə Səbail rayonu məktəblərində (2, 7, 49, 50, 51, 91, 160, 162, 163, 189, 190, 203, 236, 239, 329) çalışan müəllimlər iştirak edə bilər. Görüş zamanı iyun ayında keçirilməsi nəzərdə tutulan paytaxtın ümumtəhsil məktəblərində çalışan müəllimlərin sınaq qiymətləndirilməsinin məqsəd və mahiyyəti barədə məlumat veriləcək və müəllimlərin sualları rəsmi şəxslər tərəfindən cavablandırılacaqdır.