20.05.2014

Sınaq qiymətləndirilməsi ilə bağlı müəllimlərlə görüş başlandı

Müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsiilə bağlı Bakı şəhəri üzrə 12 rayonda müəllimlərlə görüşlər keçirilməsi nəzərdə tutulmuşdur. Görüşlərdə müəllimlərin sualları cavablandırılacaq və bu mövzuda çıxan problemlərə  fərdi yanaşılacaqdır.

Artıq Səbail rayonu məktəblərinin müəllimləri üçün görüş keçirilmiş, müəllimlər yenidən məlumatlandırılmış və sualları cavablandırılmışdır.

Qeyd edək ki, mayın 19-u Yasamal rayonu məktəbləri üçün 60 nömrəli məktəbdə (11:00), Binəqədi rayonu məktəbləri üçün 276 nömrəli məktəbdə (15:00), mayın 20-si Suraxanı rayonu məktəbləri üçün 104 nömrəli məktəbdə (11:00), Xətai rayonu məktəbləri üçün 138 nömrəli məktəbdə (15:00), mayın 21-i Nəsimi rayonu məktəbləri üçün 159 nömrəli məktəbdə (11:00), Xəzər rayonu məktəbləri  üçün 183 nömrəli məktəbdə (15:00), mayın 22-si Nizami rayonu məktəbləri üçün 210 nömrəli məktəbdə (11:00), Pirallahı Nizami rayonu məktəbləri üçün 235 nömrəli məktəbdə (15:00), mayın 23-ü Nərimanov rayonu məktəbləri  üçün 258 nömrəli məktəbdə (11:00), Sabunçu rayonu məktəbləri  üçün 271 nömrəli məktəbdə (15:00), mayın 24-ü Qaradağ rayonu məktəbləri  üçün 273 nömrəli məktəbdə (11:00) görüş keçiriləcəkdir.