02.06.2014

Sınaq Qiymətləndirilməsinin vaxtı açıqlandı

 

Ümumtəhsil müəssisələrində işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə təhsil nazirinin 06 may 2014 - cü il tarixli, 526 nömrəli əmrinə əsasən, 10 - 13 iyun 2014 - cü il tarixlərində Bakı şəhərinin dövlət ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsi aparılacaqdır.

Belə ki, Qiymətləndirilmənin Bakı şəhərində 4 zona üzrə məktəblərdə, müvafiq günlər ərzində 2 növbədə (10:00 - 12:00, 15:00 - 17:00) keçirilməsi nəzərdə tutulmuşdur.

Artıq bu həftədən başlayaraq Sınaq Qiymətləndirilməsində iştirak etmək üçün dövlət ümumtəhsil məktəblərinin hər müəlliminin adına buraxılış vərəqəsi göndəriləcəkdir. Buraxılış vərəqələri məktəb rəhbərliyi tərəfindən müəllimlərə çatdırılacaqdır.