15.11.2017

Vakansiya seçimi açıq elan edilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), psixoloq və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə  keçirilən müsabiqənin test imtahanı mərhələsində keçid balından yüksək nəticə göstərən namizədlər üçün vakansiya seçimi açıq elan edilib. 

Müsabiqənin test imtahanı mərhələsində keçid balından yüksək nəticə göstərən namizədlər 16.11.2017-ci il saat 23:59:59-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimini edə bilərlər. 1 namizədə 5 yer seçmək hüququ verilir.

Müvafiq vakansiya 2 və daha artıq namizəd tərəfindən seçilərsə, həmin yer üzrə ən yüksək bal toplamış şəxs müsahibə mərhələsinə buraxılacaq.