01.12.2017

Eksternat imtahanları barədə elan

Əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub ümumi orta təhsil səviyyəsini bitirə bilməyən vətəndaşlar üçün 26-27 dekabr 2017-ci il  tarixlərində eksternat qaydasında imtahanlar keçiriləcək.

Qeydiyyat və sənəd qəbulu dekabrın 1-dən 20-nə kimi (yalnız iş günləri saat 14:00-dan 17:30-dək) Bakı Şəhəri üzrə Təhsil İdarəsində aparılacaq.

Eksternat imtahanları 258 nömrəli tam orta məktəbdə keçiriləcək.

Ərizələri BŞTİ tərəfindən qəbul edilmiş eksternlər 21-22 dekabr 2017-ci il tarixlərində saat 10:00-dan 16:00-dək 258 nömrəli tam orta məktəbdən (şəxsiyyət vəsiqələrini təqdim etməklə) imtahana buraxılış vərəqələrini əldə edə bilərlər.

Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.

İmtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslinin gətirilməsi vacibdir.