24.01.2018

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə işə qəbul üzrə imtahan

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, uşaq birliyi təşkilatı rəhbəri və laborant vəzifələrinə, o cümlədən BŞTİ-nin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzinə işə qəbul üzrə  elan edilmiş müsabiqənin II mərhələsi (test imtahanı)  29-30 yanvar 2018-ci il tarixlərində keçiriləcək.

İmtahan Bakı şəhəri 220 nömrəli məktəb-liseyin (ünvan: Nizami rayonu, Elşən Süleymanov 120 A, “Neftçilər” metrostansiyasının yaxınlığı) inzibati binasında təşkil olunacaq.

I mərhələnin (elektron ərizələrdə qeyd olunmuş məlumatlar əsasında müraciət etmiş şəxsin müvafiq vəzifə üzrə müsabiqədə iştirak üçün uyğunluğunun yoxlanılması) yekunu barədə məlumatlar artıq qeydiyyatdan keçmiş namizədləri şəxsi səhifələrinə göndərilib. 

Hər bir iştirakçının imtahan vaxtı barədə məlumat 26.01.2018-ci il tarixdə şəxsi səhifəyə göndəriləcək.

Müsabiqə ilə bağlı hər hansı sual yaranarsa, namizədlər (012) 599-12-22 (daxili: 6022; 6028), mobil: 055-336-36-39 nömrəli telefonlar vasitəsilə əlaqə saxlaya bilərlər.

İmtahana buraxılış, qeydiyyat və yerləşdirmənin təşkili zərurəti ilə əlaqədar iştirakçılardan müəyyənləşdirilmiş vaxtdan 30 dəqiqə əvvəl imtahanın keçirildiyi məntəqədə olmaları xahiş edilir.

İştirakçı imtahan zalına daxil olmaq üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidir. Əks halda, namizədin imtahanda iştirakı mümkün olmayacaq.

İmtahanda iştirak etmək üçün iştirakçının iş nömrəsini bilməsi zəruridir.

Müsabiqə ilə bağlı yeniliklərdən xəbərdar olmaq üçün iştirakçılara şəxsi kabinetlərini mütəmadi izləmələri tövsiyə edilir.


Açar sözlər: ,