“20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Azərbaycan Respublikası təhsil nazirinin “20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında  28 dekabr  2018-ci il tarixli, F-839 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. Azərbaycan Respublikası təhsil nazirinin “20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında  28 dekabr  2018-ci il tarixli, F-839 nömrəli əmri icra üçün qəbul edilsin.

2. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “20 Yanvar faciəsinin  iyirmi  doqquzuncu  ildönümünün keçirilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).

3. Təhsil müəssisələrində 7-20 yanvar 2019-cu il tarixlərdə tədbirlər planına müvafiq olaraq Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş geniş tədbirlər həyata keçirilsin.

4. Əmrin icrası ilə əlaqədar  təhsil müəssisələrində görülmüş işlər barədə hesabatlar 2019-cu ilin 31 yanvar tarixinədək Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdim edilsin.

5. Ümumi təhsil sektoru (S.Bektaşi) 20  Yanvar  faciəsinin  iyirmi  doqquzuncu ildönümü ilə bağlı tədbirlərin yüksək səviyyədə keçirilməsini təmin etsin.

6. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin və Tədbirlər planının İdarənin internet saytında yerləşdirilməsini və keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını təmin etsin.

7. Ümumi sektor (S.Rəsulova) əmrin və Tədbirlər planının çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.

8. Əmrin icrasına nəzarət müdir müavini İ. Abdullayevaya həvalə edilsin.

Əsas: Azərbaycan Respublikası təhsil nazirinin 28 dekabr 2018-ci il tarixli, F-839 nömrəli   əmri.

Rəşad Tağıyev,

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

10 yanvar 2019-cu il

                                                                                        № F-05


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı TƏDBİRLƏR   PLANI