Eksternat qaydasında imtahanların keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahanların keçirilməsini təmin etmək məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. Eksternat qaydasında imtahanlar test və müsahibə mərhələlərindən ibarət olmaqla 14-15 yanvar 2019-cu il tarixlərdə Bakı şəhəri 220 nömrəli məktəb-liseydə keçirilsin.  

2. 220 nömrəli məktəb-liseyin direktor əvəzi Lətifə Əzimova imtahanların təşkili üçün zəruri təşkilati tədbirlərin yerinə yetirilməsini təmin etsin.

3. İmtahanların keçirilməsi, sualların fənn proqramlarına uyğun şəkildə hazırlanması və obyektiv yoxlanılması məqsədilə komissiya yaradılsın və tərkibi təsdiq edilsin (əlavə 1).

4. Qiymətləndirmə şkalası təsdiq edilsin (əlavə 2).

5. Ümumi təhsil sektoru (S.Bektaşi) imtahan nəticələrinə dair məlumatların Təhsil Nazirliyinə göndərilməsini təmin etsin.

6. Maliyyə və mühasibatlıq sektoru (E.Mehdiyeva) bu əmrdən irəli gələn maliyyə məsələlərinin həll olunmasını təmin etsin.

7. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi internet saytında yerləşdirilməsini təmin etsin.

8. Ümumi sektor (S.Rəsulova) əmrin surətinin çoxaldılaraq aidiyyəti üzrə göndərilməsini təmin etsin.

9 . Əmrin icrasına nəzarət müdir müavini İlhamə Abdullayevaya həvalə edilsin.

Əsas: Azərbaycan Respublikası Təhsil Nazirliyinin 01 may 2015-ci il tarixli 537 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi  Qaydaları”.

   

          

Rəşad Tağıyev,

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

11 yanvar 2019-cu il

                                                                                        № F-06


 

Eksternat qaydasında keçiriləcək imtahanların qiymətləndirmə şkalası