Təhsil müəssisələrində Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün  keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Azərbaycan Respublikası Təhsil nazirinin 12.02.2019-cu il tarixli, F-78 nömrəli “Təhsil müəssisələrində Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsi barədə” əmrinin icrasını təmin etmək, ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş vətən övladlarını yad etmək, böyüməkdə olan nəslə doğma vətənə sevgi, məhəbbət hislərini  aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaq məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. “Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün  keçirilməsi barədə” Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər planı (Əlavə 1) təsdiq edilsin.

2. Ümumtəhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərində 2019-cu ilin fevral ayının 26-da ilk dərs Xocalı soyqırımının iyirmi yeddinci ildönümünə  həsr edilsin.

3. Təhsil müəssisələrinin rəhbərləri Tədbirlər planının icrasını təmin etsinlər və 01 mart 2019-cu il tarixinədək görülmüş işlər barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə məlumat versinlər.

4. Ümumi təhsil sektoru (S.Bektaşi) Xocalı soyqırımının iyirmi yeddinci  ildönümü ilə  bağlı təşkilati işlərin təşkilini  həyata keçirsin.

5. Ümumi sektor (S.Rəsulova) əmrin  əlavələrlə birlikdə çoxaldılıb yerlərə  çatdırılmasını təmin etsin.

6. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin və Tədbirlər planının İdarənin internet saytında  yerləşdirilməsini və keçirilən tədbirlərin  kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını  təmin etsin.   

7. Əmrin icrasına nəzarət müdir müavini İ.Abdullayevaya  həvalə edilsin.

Əsas: Azərbaycan Respublikası Təhsil nazirinin 12.02.2019-cu il tarixli, F-78 nömrəli əmri.

 

 

Rəşad Tağıyev,

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

15  fevral 2019-cu il

                                                                                        № F-98


 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsi barədə” Tədbirlər Planı