“Gənc  fiziklərin  yaradıcılıq müsabiqəsi”nin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri və Uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdlərinin fizika elminə olan marağının daha da artırılması, bu sahədə nəzəri-təcrübi biliklərinin təkmilləşdirilməsi, onların praktik və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, istedadlarının üzə çıxarılması məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında Əsasnamə”nin 15.6-cı bəndini rəhbər tutaraq

 

Əmr edirəm:

 

      1. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri və Uşaq-gənclər inkişaf mərkəzlərinin 9-11-ci sinif şagirdləri arasında “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi” keçirilsin.

       2. Müsabiqənin Əsasnaməsi (Əlavə 1), Təşkilat Komitəsinin tərkibi (Əlavə 2) və müsabiqədə iştirak üçün Sifariş forması (Əlavə 3) təsdiq edilsin.

       3. Ümumi təhsil müəssisələri və Uşaq-gənclər inkişaf mərkəzlərinin rəhbərləri müsabiqənin təqdim olunan Əsasnaməyə uyğun olaraq yerlərdə təşkili ilə əlaqədar lazımi işlər görsünlər.

       4. Ümumi təhsil sektoru (S.Bektaşi) və Təlimə Dəstək Mərkəzi (Z.Ələkbərova) müsabiqə ilə bağlı təşkilati və metodiki işləri həyata keçirsinlər.

         5. Maliyyə və mühasibatlıq sektoru (E.Mehdiyeva) müsabiqə ilə bağlı maliyyə məsələlərini həll etsin.

         6. Ümumi sektor (S.Rəsulova) əmrin əlavələrlə birlikdə çoxaldılıb yerlərə  çatdırılmasını təmin etsin.

    7. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin İdarənin internet saytında  yerləşdirilməsini və müsabiqənin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını  təmin etsin.    

         8. Əmrin icrasına nəzarət müdir müavini İ.Abdullayevaya  həvalə edilsin.

 

       Əsas: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Fəaliyyət planı.

 

 


Rəşad Tağıyev,

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

01 aprel 2019-cu il

                                                                                        № F-145


 

Bakı şəhər məktəbliləri arasında “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi”nin keçirilməsi barədə Əsasnamə