“Gənc  bioloqların yaradıcılıq müsabiqəsi”nin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələri və Uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdlərinin biologiya elminə olan marağının daha da artırılması, bu sahədə nəzəri-təcrübi biliklərinin təkmilləşdirilməsi, onların praktik və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, istedadlarının üzə çıxarılması məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında Əsasnamə”nin 15.6-cı bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələri və Uşaq-gənclər inkişaf mərkəzlərinin 9-11-ci sinif şagirdləri arasında “Gənc bioloqların yaradıcılıq müsabiqəsi” keçirilsin.

2.  Müsabiqənin Əsasnaməsi (Əlavə 1), Təşkilat Komitəsinin tərkibi (Əlavə 2) və müsabiqədə iştirak üçün Sifariş forması (Əlavə 3) təsdiq edilsin.

3. Ümumtəhsil müəssisələri və Uşaq-gənclər inkişaf mərkəzlərinin rəhbərləri müsabiqənin təqdim olunan Əsasnaməyə uyğun olaraq yerlərdə təşkili ilə əlaqədar lazımi işlər görsünlər.

4. Ümumi təhsil sektoru (S.Bektaşi) müsabiqə ilə bağlı təşkilati işləri həyata keçirsin.

5. Maliyyə və mühasibatlıq sektoru (E.Mehdiyeva) müsabiqə ilə bağlı maliyyə məsələlərini həll etsin.

6. Ümumi sektor (S.Rəsulova) əmrin əlavələrlə birlikdə çoxaldılıb yerlərə  çatdırılmasını təmin etsin.

7. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin İdarənin internet saytında  yerləşdirilməsini və müsabiqənin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını  təmin etsin.    

8.  Əmrin icrasına nəzarət müdir müavini İ.Abdullayevaya  həvalə edilsin.

Əsas: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Fəaliyyət planı.

 

Rəşad Tağıyev,

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

13 may 2019-cu il

                                                                                        № F-221


                                                

“Gənc  bioloqların yaradıcılıq müsabiqəsi”nin keçirilməsi barədə Əsasnamə