“Gəlin tanış olaq!” müsabiqəsinin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Şagirdlərin yaşadıqları icmanı dərindən tədqiq edərək araşdırmalar aparması istər milli-mənəvi irsimizin öyrənilməsi, bu istiqamət üzrə məlumatlılıq səviyyəsinin artırılması, istərsə də milli və ümumbəşəri dəyərlərin inteqrasiyası, multikultural dəyərlərin aşılanması baxımından mühüm əhəmiyyət kəsb edir.

Təhsilalanların milli ideologiyamız olan azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi, milli-mənəvi dəyərlərə sadiq ruhda, yerli və qlobal vətəndaşlıq mövqeyini dərk edərək hərtərəfli şəxsiyyət kimi böyüməsini təmin etmək məqsədilə “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” Azərbaycan Respublikası Təhsil nazirinin 14 avqust 2018-ci il tarixli F-550 nömrəli əmrini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 24 avqust 2018-ci il tarixli F-265 nömrəli əmrini və “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1.2019-2020-ci tədris ilində Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan bütün ümumi təhsil müəssisələrinin VIII-X sinif şagirdlərinin iştirakı ilə “Gəlin tanış olaq!” müsabiqəsi keçirilsin.

2. “Gəlin tanış olaq!” müsabiqəsinin final mərhələsini keçirən Təşkilat Komitəsinin tərkibi təsdiq edilsin (əlavə olunur).

3. Müsabiqənin müvafiq mərhələləri üzrə təşkilində “Gəlin tanış olaq!” müsabiqəsinin əsasnaməsi əsas götürülsün (əlavə olunur).           

4. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin direktorlarına tapşırılsın:                                                               

4.1. Bu əmrlə təsdiq edilmiş “Gəlin tanış olaq!” müsabiqəsinin əsasnaməsinə uyğun olaraq rəhbərlik etdikləri məktəbdə “Gəlin tanış olaq!” müsabiqəsini təşkil etsinlər;  

4.2. Müsabiqənin təşkili üçün bu əmrdən irəli gələn lazımi təşkilati-pedaqoji tədbirlərin görülməsini təmin etsinlər;                                                         

4.3. Müsabiqənin məqsədi və əhəmiyyəti ilə bağlı rəhbərlik etdikləri məktəbin şagird və müəllim kollektivi, habelə valideynlər arasında maarifləndirmə işləri aparılmasını təmin etsinlər.

5. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektoru (A.Tairquliyeva-Nağıyeva) ümumi təhsil müəssisələrini müsabiqə şərtləri, müsabiqənin keçirilməsi qaydaları ilə tanış etsin, habelə müsabiqənin ümumi koordinasiyasını həyata keçirsin.

6. Təminat və təchizat sektoru (Ş.İsgəndərov) layihənin icrasından irəli gələn təchizat məsələlərini həll etsin. 

7. Maliyyə və mühasibatlıq sektoru (E.Mehdiyeva) layihənin icrasından irəli gələn maliyyə məsələlərini həll etsin.

8. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin və müsabiqə çərçivəsində həyata keçiriləcək tədbirlərin BŞTİ-nin internet səhifəsində işıqlandırılmasını təmin etsin.

9. Ümumi sektor (S.Rəsulova) əmrin çoxaldılaraq ümumi təhsil müəssisələrinə çatdırılmasını təmin etsin.

10. Əmrin icrasına nəzarət müdir müavini Hüseyn Əsgərova həvalə olunsun.

Əsas: “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” Azərbaycan Respublikası Təhsil nazirinin 14 avqust 2018-ci il tarixli F-550 nömrəli əmri

 

Rəşad Tağıyev,

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

19 noyabr 2019-cu il

                                                                                        № F-425

 

 


 

 

Gəlin tanış olaq!” müsabiqəsinin Əsasnaməsi