Azərbaycan Respublikası Təhsil nazirinin “20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında 29 dekabr 2019-cu il tarixli, F-771 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Azərbaycan Respublikası Təhsil nazirinin “20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında 29 dekabr 2019-cu il tarixli, F-771 nömrəli əmri rəhbərlik və icra üçün qəbul edilsin.
2. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).
3. Təhsil müəssisələrində 07-20 yanvar 2020-ci il tarixlərində Tədbirlər Planına müvafiq olaraq Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş geniş tədbirlər həyata keçirilsin.
4. Əmrin icrası ilə əlaqədar təhsil müəssisələrində görülmüş işlər barədə hesabatlar 2020-ci ilin 31 yanvar tarixinədək Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdim edilsin.
5. Ümumi təhsil sektoru (F.Babayev) 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlərin yüksək səviyyədə keçirilməsini təmin etsin.
6. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin və Tədbirlər planının İdarənin internet saytında yerləşdirilməsini və keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını təmin etsin.
7. Ümumi sektor (S.Rəsulova) əmrin və Tədbirlər planının çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.
8. Əmrin icrasına nəzarət müdir müavini İ. Abdullayevaya həvalə edilsin.
Əsas: Azərbaycan Respublikası Təhsil nazirinin 29 dekabr 2019-cu il tarixli, F-771 nömrəli əmri.
Rəşad Tağıyev,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri
30 dekabr 2019-cu il
№ F-529
20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı