Əmrin icrasının təmin edilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

 “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdəki nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Təhsil nazirinin 09.12.2019-cu il tarixli, F-717/1 nömrəli əmrinin bəndlərinin icrasını təmin etmək, ölkə Prezidentinin tövsiyələrinə uyğun olaraq təhsil müəssisələrində tərbiyə işini təkmilləşdirmək, təhsilalanların milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyəsi, onlarda ölkəmizin tarixinə, mədəniyyətinə bağlılıq, fəal vətəndaş mövqeyinin formalaşdırılması sahəsində kompleks tədbirlərin həyata keçirilməsinə nail olmaq məqsədilə  “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) 09.12.2019-cu il tarixli, F-717/1 nömrəli əmri rəhbərlik və icra üçün qəbul olunsun.

2. Əmrin icrası ilə bağlı Nazirliyin 09.12.2019-cu il tarixli, F-717/1 nömrəli əmri ilə müəyyən edilmiş tədbirləri əhatə edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumiləşdirilmiş vahid Tədbirlər Planı (bundan sonra - Tədbirlər Planı) təsdiq edilsin (əlavə olunur).

3. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (bundan sonra – İdarə) aidiyyəti struktur bölmə rəhbərləri Tədbirlər Planından irəli gələn tədbirlərin vaxtında və tam şəkildə icrasını, habelə bununla bağlı bu əmrlə müəyyən edilmiş müddətlərdə hesabatların təqdim edilməsini təmin etsinlər.

4. İdarənin tabeliyində olan ümumtəhsil müəssisələrinin rəhbərlərinə tapşırılsın:

4.1. Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin İdarənin aidiyyəti struktur qurumları ilə əlaqəli şəkildə müəyyən edilmiş müddətlərdə icrası üçün zəruri tədbirlər görsünlər;

5. Ümumi təhsil sektoru (F.Babayev) Tədbirlər Planının icrası ilə bağlı ildə iki dəfə (2020-ci ilin may ayının 1-dək və 2020-ci ilin dekabr ayının 1-dək) hesabatların yerlərdən yığılmasını və Nazirliyə göndərilməsi üçün ümumiləşdirilməsini təmin etsin.

6. Ümumi sektor (S.Rəsulova) Nazirliyin 09.12.2019-cu il tarixli, F-717/1 nömrəli əmrinin, bu əmrin və Tədbirlər Planının surətlərinin çoxaldılaraq İdarənin struktur bölmələrinə və tabelikdə olan ümumtəhsil müəssisələrinə çatdırılmasını təmin etsin.

7. İctimaiyyətlə əlaqələr sektoru (B. Məmmədov) əmrin və Tədbirlər Planının İdarənin internet  saytında yerləşdirilməsini və keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını  təmin etsin.     

8. Əmrin icrasına nəzarət İdarənin müdir müavini İ.Abdullayevaya həvalə edilsin.

Əsas: Azərbaycan Respublikası Təhsil nazirinin 09.12.2019-cu il tarixli, F-717/1 nömrəli əmri.

 

Rəşad Tağıyev,

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

30 dekabr 2019-cu il

                                                                                        № F-530


 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdəki nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı Tədbirlər Planı